24 yaşlı qadın ərini BIÇAQLADI 

09:48 16.12.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sumqayıtda 24 yaşlı qadın həyat yoldaşını bıçaqlayıb.

Hafta.az verir ki, hadisə şəhərin 11-ci mikrorayon ərazisində qeydə alınıb.

2000-ci il təvəllüdlü Nərmin Quliyeva ailə münaqişəsi zəminində həyat yoldaşı, 1988-ci il təvəllüdlü Elvin Quliyeva bıçaqla xəsarət yetirib.

Yaralı dərhal xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.